Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Polis Qubada -narkotik dövriyyəsinə qarşı əməliyyat keçirib

 

Quba  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Mirzə Vəliyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman kibrit qutularında narkotik vasitə olan marixuana, 4 ədəd kibrit qutularında kannabis bitkisinin toxumları  və 12 ədəd güclü təsirediciliyə malik  maddə  aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  rayon sakinləri Həsən Paşayev və Əmiraslan Məmmədov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman H.Paşayevin üzərindən 1 ədəd güclü təsirediciliyə malik  maddə  aşkar olunaraq götürülüb. O narkotik vasitəni M.Vəliyevdən aldığını etiraf edib.

Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam