Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabah Ankarada Türkiyə-Azərbaycan əlaqələrinin -30-cu ildönümünə həsr olunmuş konfrans keçiriləcək

Sabah Ankarada Türkiyə-Azərbaycan əlaqələrinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçiriləcək

Sabah Ankarada Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçiriləcək.

Yenixeber.org: Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) məlumat verilib.

Bildirilib ki, “Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin yenidən qurulmasının 30-cu ildönümü” adlı konfrans Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və şöbə müdiri Cavid Vəliyev iştirak edəcəklər.

Konfransın açılışında Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, SETA-nın baş koordinatoru Burhanettin Duran və SAM-ın sədri Ufuk Ulutaş çıxış edəcəklər.

Sonra “Türkiyə-Azərbaycan əlaqələrinin siyasi və hərbi səviyyəsi” və “Enerji. Nəqliyyat və iqtisadi əlaqələr” adlı panel müzakirələri baş tutacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam