Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İcbari Tibbi Sığorta Dövlət Agentliyi -9 milyon manatlıq tenderə yekun vurub

İcbari Tibbi Sığorta Dövlət Agentliyi 9 milyon manatlıq tenderə yekun vurub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində tibbi sərfiyyat mallarının, laborator reaktivlərin və sərfiyyat mallarının, həmçinin PCR kit dəstlərin və onlara uyğun sərfiyyat mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Yenixeber.org: Dövlət satınalmalarının vahid internet portalı xəbər verir ki, tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC-dir.

Qalib şirkətə 8,803 milyon manat ödəniləcək.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-ci ilin fevral ayında Nazirlər Kabineti yanında faliyyətə başlayıb, həmin ilin noyabr ayından publik hüquqi şəxsə çevrilib. Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən qurumdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam