Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

DSX:Bu il saxta sənədlə sərhədi keçmək istəyən 32 nəfər saxlanılıb

DSX: Bu il saxta sənədlə sərhədi keçmək istəyən 32 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti tərəfindən 2022-ci ilin yanvar ayı әrzindә dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, qaçaqmalçılıq fəaliyyətləri, qanunsuz miqrasiya ilə mübarizə sahəsində fəaliyyətlər davam etdirilir.

Yenixeber.org: Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 29 halda 32 nәfәr saxta sәnәdlәrlә dövlәt sәrhәdini keçmәyә cәhd edәrkәn saxlanılıb. Bunların 25 nəfəri AR vətəndaşı, 7 nəfəri Türkiyə Respublikasının vətəndaşları olmuşlar. Araşdırma zamanı saxta­laş­dırılmış sənədlərin əsasən Avropa İttifaqı üzv ölkələrinin şəxsiyyət vəsiqələri, daimi yaşayış kartları olması müəyyən edilib.

Hesabat dövrü әrzindә hüquq-mühafizə qurumlarının axtarışında olan 218 nəfər dövlət sərhədindən buraxılış məntəqələrində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilmişlər. Bununla yanaşı, ölkədən çıxışı qadağan olan 265 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınmıb. Dövlət sərhədindən buraxılış mәntәqәlәrindә rejim qaydalarının kobud şәkildә pozulması ilə əlaqədar 3 halda 3 nәfәr saxlanılaraq müvafiq qurum­lara təhvil veriliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam