Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Anar Eyvazov:“Hərbçilərimizin itkin düşdüyü ərazilərdə qış vaxtlarında temperatur mənfi 30 dərəcəyə düşür”

 

“Kəlbəcər və Laçın rayonları çətin relyefli ərazilərdir. Bu ərazilərdə qış vaxtlarında temperatur mənfi 30 dərəcəyə düşür”.

Yenixeber.org: Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib. 

O bildirib ki, Kəlbəcər və Laçında döyüş növbətçiliyi aparmaq üçün bütün şərait yaradılıb. Çovğun və külək nəticəsində təmizlənmiş yollar yenidən qarla örtülür. Nazirlik rəsmisi qeyd edib ki, Kəlbəcərin Alagöllər ərazisində dörd hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu çovğun səbəbilə itkin düşüb: 

“Axtarış işləri nəticəsində üç hərbi qulluqçumuz tapılıb. Hazırda onların həyati təhlükəsi yoxdur”.

Anar Eyvazov qeyd edib ki, itkin olan digər hərbi qulluqçumuzun axtarışı davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam