Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kəlbəcərdə həlak olmuş hərbçilər -dəfn edilib

Kəlbəcərdə avtomobil qəzası zamanı həlak olan hərbi qulluqçumuz dəfn olunub

Yenixeber.org: Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, çavuş Cəfərov Anar Müstəqim oğlu dəfn edilib.

Müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu ilə vida mərasimi ailəsinin yaşadığı Yevlax rayon Gülövşə kəndində keçirilib.

Mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra, A.Cəfərov Gülövşə kənd qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

*****

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan leytenant Həsənli Eldar Müşfiq oğlu dəfn edilib.

Hərbçi ilə vida mərasimi onun ailəsinin yaşadığı Mingəçevir şəhərində keçirilib. Mərasimdə zabitin yaxınları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra Eldar Həsənli Yevlax rayonu, Salahlı kəndi qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

Qeyd edək ki, avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam