Türkiyə hərbçiləri Azərbaycan komandolarına təlim keçir-FOTOLAR

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyət göstərən hərbi qrupunun komandanlığı Azərbaycan Ordusunun Quru Qoşunlarının komandolarına təlim keçir.
Yenixeber.org: Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlim proqramı yanvarın 17-də başlayıb və 30-dək davam edəcək. Təlimlər sərt relyef və hava şəraitində keçirilir.


Qeyd edək ki, keçirilən təlimin əsas məqsədi Azərbaycan Ordusunun Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.










AZ
RU