Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Azərbaycan və Türkiyə hərbçiləri birgə taktiki təlim keçirdi -VİDEO

Azərbaycan və Türkiyə hərbçiləri birgə taktiki təlim keçirdi -  VİDEO
2021-ci il üçün birgə fəaliyyət planına əsasən Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə taktiki təlim keçirilib.
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun ümumqoşun poliqonunda keçirilən təlimin əsas məqsədi iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.



Təlim zamanı xüsusi qruplar sutkanın müxtəlif vaxtlarında gizli yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızmaq, komanda məntəqəsi və hərbi təyinatlı obyektləri ələ keçirmək üzrə tapşırıqları yerinə yetirib.

Məşğələlərdə əsas diqqət gizli hərəkətin təşkilinə, diversiya qruplarının məhv edilməsinə, düşmən təxribatlarının qarşısının alınmasına və antiterror əməliyyatlarının xüsusiyyətlərinin öyrənilməsinə yönəldilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam