Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Yeni hərbi obyektlər istifadəyə verilib -FOTO/VİDEO

Yeni hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Ordumuzda həyata keçirilən tikinti-quruculuq işləri çərçivəsində yeni inşa edilmiş və əsaslı təmir olunmuş hərbi obyektlər istifadəyə verilib.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev təlim hərbi hissəsində və mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bölmələrinin birində olublar.

Məruzə olunub ki, hərbi hissədə bütün obyektlər müasir tələblərə uyğun əsaslı təmir olunaraq lazımi avadanlıq və inventarlarla təchiz edilib. Burada ideoloji sinif, xidməti, məişət və silah otaqları, eləcə də dəftərxana, yataqxana, yeməkxana və sanitar qovşağı mövcuddur. Mətbəxdə sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla dadlı, keyfiyyətli və isti yeməklər hazırlanır. Hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirməsi və gənc əsgərlərin valideynləri ilə görüşməsi üçün şərait yaradılıb.

Texnikalara qulluq göstərilməsi üçün hərbi hissənin ərazisində inşa edilən texniki xidmət və təmir məntəqəsində görülən işlərlə tanış olan nazir müavinləri texniki xidmət zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi barədə əlavə göstərişlər veriblər.

Sonda nazir müavinləri ərzaq anbarının yeni inşa edilmiş qərargah binası və bölmənin qoşqulu mətbəxinə baxış keçirib, xidmətin yüksək səviyyədə təşkili və aparılması ilə bağlı müdafiə nazirinin müvafiq tapşırıqlarını çatdırıblar.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam