Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

“Türkiyə ilə danışıqlara şəxsən özüm cavabdehəm”

Ermənistanın baş naziri Nikol Paşinyan vitse-spiker Ruben Rubinyanı Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin etmək barədə şəxsən qərar verdiyini və onun əməllərinə görə özü tam məsuliyyət daşıdığını bildirib.

Yenixeber.org: Bu barədə Ermənistan mətbuatı yazır.

Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən deyib: "Mən Ruben Rubinyana bu statusun verilməsi haqda qərarı siyasi məqsədəuyğunluq əsasında qəbul etmişəm"...

Paşinyan qeyd edib ki, danışıqlarda nümayəndə statusunda kim olsa, prosesə görə tam məsuliyyəti şəxsən özü daşıyır.

"Rubinyana bu səlahiyyətləri verdim, çünki onun əməllərinə görə tam məsuliyyət daşımalıyam. Bunu ona görə etdim ki, birdən-birə bu statusu partiyanın gizli bir üzvünə verməyim, o, dövlətə hesabat vermək əvəzinə, gəlib məsələn, digər ölkələrin təsir agentlərinə xəbər verər. Mən məsuliyyət daşıyıram, səlahiyyətləri vermişəm, məsuliyyətini də sona qədər daşıyıram”, - Paşinyan deyib.

Qeyd edək ki, yanvarın 17-də Ermənistan parlamentinin iclasında Rubinyan “Türkiyə təsirinin agenti” olmaqda ittiham edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam