Mobil və sabit internetin sürəti dekabrda artıb -Azərbaycanda
2021-ci ilin dekabr ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 29,06 Mbit/s təşkil edib.
Yenixeber.org: "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici noyabr ayı ilə müqayisədə 2,8% artıb.
2021-ci ilin dekabrında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti noyabr ayının göstəricisi ilə müqayisədə 2,9% artaraq 8,51 Mbit/s olub.
Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti isə müvafiq olaraq 29,55 Mbit/s və 8,59 Mbit/s təşkil edib. Dekabr ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 138 ölkə arasında 1 pillə irəliləyərək 63-cü yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (138,38 Mbit/s), Norveç (119,12 Mbit/s) və Cənubi Koreya (108,26 Mbit/s) daxil olub.
Reytinqə əsasən, 2021-ci ilin dekabr ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 17,24 Mbit/s, çıxış sürəti isə 18,26 Mbit/s təşkil edib. Bu göstəricilər noyabr ayı ilə müqayisədə müvafiq olaraq 4,7 və 5,3% artıb.
Ötən ilin dekabr ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 181 ölkə arasında (noyabr ayında olduğu kimi) 121-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Sinqapur – 192,17 Mbit/s, Çili – 187,5 Mbit/s və Tayland (SAR) – 175,93 Mbit/s olub.
2021-ci ilin dekabrında qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 59,75 Mbit/s və 25,06 Mbit/s təşkil edib.