Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar”ın 4G istifadəçilərinin sayı -35 % artıb

 

Abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməyi hədəfləyən “Nar”ın 2020-ci ilin 9 ayı ərzində 4G istifadəçilərinin sayı 35 % artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G istifadəçilərinin sayı Bakı üzrə 27 %, regionlar üzrə isə 51 % yüksəlib.

 

Yenixeber.org: Mobil operatorun bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarını genişlənməsi, təqdim etdiyi sərfəli tariflər və internet paketləri sayəsində mobil internetdən istifadədə artıma səbəb olub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə mobil internetdən istifadədə 21 % artım qeydə alınıb. İnternet trafikinin həcmi Bakı üzrə 9 %, regionlar üzrə isə 42 % yüksəlib. Qeyd edək ki, data tarfikinin həcminin yüksəlməsinə həm də 4G smartfon penetrasiyasının artımı təsir edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin 9 ayı ərzində smartfon istifadəçilərinin sayında 12 %  artım qeydə alınıb.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

 

                                 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam