Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gələn aydan bütün pensiyalar artacaq -MƏBLƏĞ


Dövlət Statistika Komitəsi ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9% artaraq 724,1 manat olduğunu açıqlayıb.
Yenixeber.org: 2006-2017-ci illər ərzində əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi (artıb-azalması) inflyasiya səviyyəsinə görə hesablanırdı. 2018-ci ildən etibarən isə əmək pensiyalarının sığorta hissəsi Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan orta aylıq nominal əməkhaqqının artım tempinə görə indeksləşdirilir.
Məlumat üçün bildirək ki, bu ilin ilk 5 ayı ərzində əmək haqqı azalıb. Ən yüksək artım (2,9%) isə noyabrda qeydə alınıb.
Xatırladaq ki, minimum əmək haqqı və müxtəlif sahələrdə çalışan işçilərin əmək haqqının artırılması yanvar ayının 1-dən tətbiq olunub. Bu səbəbdən də dekabr ayında orta aylıq nominal əmək haqqının ciddi şəkildə artacağı gözlənilmir. Belə olan təqdirdə, bu il üçün əmək pensiyalarının sığorta hissəsinin artımı 3%-dən yüksək olmayacaq.
Qeyd edək ki, ötən ilin dekabr ayında orta aylıq nominal əmək haqqının nə qədər artdığını Statistika Komitəsi bu ilin fevral ayının ilk ongünlüyündə açıqlayacaq. Bu artım açıqlandıqdan sonra yanvar ayının artımı da fevral ayının pensiyası ilə birgə veriləcək.
Qeyd etdiyimiz kimi, artım təxminən 3% həddində olacağı üçün 250 manat pensiya alanlarda 7,5 manat, 300 manat pensiya alanlarda 9 manat,  350 manat pensiya alanlarda isə 10,5 manat həddində artım ola bilər.
Son 6 ildə orta aylıq nominal əmək haqqında aylar üzrə qeydə alınan artımlar (mənbə: Dövlət Statistika Komitəsi):

Aylar 2016-cı il 2017-ci il 2018-ci il 2019-cu il 2020-ci il 2021-ci il
Yanvar 8 % 5,1 % 3 % 7,2 % 27,8 % - 3 %
Fevral 6,2 % 5,9 % 2,2 % 8,6 % 28,4 % - 2,8 %
Mart 8 % 5,9 % 3,5 % 8,5 % 28,9 % - 4,2 %
Aprel 7,8 % 6,8 % 3,5 % 7,9 % 26,7 % - 1,9 %
May 7,6 % 6,3 % 4 % 7,9 % 24,9 % - 0,7 %
İyun 6,8 % 6,9 % 3,7 % 8,2 % 21,7 %  0,6 %
İyul 6,6 % 6,9 % 3,7 % 8,4 % 21,7 % 1,8 %
Avqust 6,2 % 7,4 % 3,1 % 8,9 % 20,5 % 2,2 %
Sentyabr 6,4 % 7,2 % 2,8 % 11,7 % 17,1 % 2,3 %
Oktyabr 6,9 % 6,4 % 2,8 % 13,7 % 14,7 % 2,6 %
Noyabr 7 % 6,2 % 2,9 % 15,4 % 12,9 % 2,9 %
Dekabr 6,9 % 5,7 % 3 % 16,6 % 11,4 % -

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam