Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Hulusi Akar Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu bildirdi

"Rusiya ilə Ukrayna, Rusiya ilə NATO arasındakı gərginliyin ən qısa zamanda sülh yolu ilə, danışıqlar vasitəsilə həll edilməsini, əmin-amanlığın və sabitliyin hökm sürəcəyi bir mühitin bərqərar olmasını istəyirik”. 

Yenixeber.org: Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və nazir müavinləri, birlik komandirlərinin iştirakı ilə keçirdiyi videokonfransda bu barədə bildirib. 

H.Akar deyib ki, bu istiqamətdə Türkiyə üzərinə düşən vəzifəni icra etməyə, hər şəkildə dəstək göstərməyə hazırdır: “Bu mövzuda indiyə qədər necə dəstək verirdiksə, yenə də dəstəyimizi əsirgəməməyə hazırıq”.

Qara dəniz bölgəsində baş verən son hadisələrə toxunan Türkiyə milli müdafiə naziri sakitliyin hökm sürməsi üçün çalışdıqlarını vurğulayıb: “İndiyə qədər razılaşdığımız müqavilələr və müvafiq qaydalar çərçivəsində Qara dənizdəki fəaliyyətlərin heç bir şəkildə gərginlik yaratmamasına, baş verənlərin böyüməməsinə çalışırıq. Bununla bağlı bütün tərəflərə mövqeyimizi bildirirəm”. ("Anadolu")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam