Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əlahiddə Ümumqoşun Orduda xüsusi təyinatlıların təlimi keçirilib -VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirilib. Təlimə cəlb edilmiş xüsusi təyinatlı bölmələrə qərargahlar tərəfindən verilmiş tapşırıqlar 44 günlük Vətən Müharibəsində qazanılan döyüş təcrübəsinin tətbiqi ilə icra edilib.

Yenixeber.org: Təlimin planına əsasən "Həyəcan" siqnalı ilə qaldırılan xüsusi təyinatlı bölmələrə təxribat hazırlığında olan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi və eyni zamanda qruplaşmanın rəhbərinin sağ olaraq ələ keçirilməsi tapşırığı verilib.

Müxtəlif üsullarla təmas xəttini gizli şəkildə keçərək dağ aşırımlarından və ərazinin çətin keçiləbilən relyefindən istifadə edən xüsusi təyinatlılarımız düşmənin terror fəaliyyətləri planlaşdırdığı obyektə koordinasiyalı irəliləmə ilə yaxınlaşıb.

Vizual müşahidə və havadan kəşfiyyat aparmaqla komandirlər tərəfindən düşmən obyekti qiymətləndirilib və basqın həyata keçirilib. Terror fəaliyyətlərinin gücləndirilməsi üçün köməyə gələn şərti düşmənin hərbi texnikası pusquya salınaraq sıradan çıxarılıb.

Yaxın məsafəli döyüşdə yaralanmış hərbi qulluqçuya döyüş yoldaşları tərəfindən ilk tibbi yardım göstərilib və təxliyyə edilib.

Çətin dağlıq şəraitdə aparılan antiterror əməliyyatı zamanı terror qruplaşmasının rəhbəri sağ olaraq ələ keçirilib və təxribatın planlaşdırıldığı obyekt sıradan çıxarılıb.

Tapşırıqları yüksək peşəkarlıq və səriştə ilə yerinə yetirən xüsusi təyinatlılarımızın nəqliyyat-döyüş helikopteri vasitəsilə təxliyyəsi həyata keçirilib.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam