Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Baş Prokurorluq "saxta sənəd" iddiasına cavab verdi-RƏSMİ

"2021-ci il dekabrın 16-da bəzi media resurslarında “Prokurorluğun FHN-nə göndərdiyi sənəd saxta çıxdı” başlıqlı həqiqətə uyğun olmayan məqalə dərc edilib. 2020-ci ilin iyul ayında Balakən rayonu, Meşəşambul kənd sakini Həcər Dibirovaya məxsus obyektdə baş verən yanğın hadisəsi ilə bağlı Balakən rayon prokurorluğunda aparılan istintaq zamanı “Azərişıq” ASC tərəfindən təqdim edilən sənədlər əsasında qərar qəbul edildiyi, lakin həmin sənədlərdəki imzaların saxta olduğu qeyd edilib.
Yenixeber.org: Baş Prokurorluq tərəfindən həmin məlumat qəti surətdə təkzib olunmaqla bildirilir ki, Həcər Dibirovaya məxsus ticarət obyektində yanğının baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Balakən rayon prokurorluğunda araşdırma aparılmaqla, cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada toplanmış dəlillər, o cümlədən ekspertiza rəyləri kifayət qədər əsas verdiyindən 5 iyul 2021-ci il tarixdə fakt üzrə Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq idarəsinə göndərilib".
Bu barədə Respublika Prokurorluğunun yaydığı açıqlamada bildirilib: "Cinayət işinin başlanılması haqqında qərar qəbul edilərkən “Azərişıq” ASC-nin hər hansı sənədinə istinad olunmamış, əsas götürülməmişdir.
Həmçinin nəzərə alınmalıdır ki, prokurorluq, eləcə də digər istintaq qurumları tərəfindən sübutların əldə edilməsi zamanı müxtəlif qurumlara sorğular verilib sənədlər toplanılarkən araşdırma orqanı həmin sənədlərin saxta olub-olmamasına məsuliyyət daşımır, əksinə istintaq zamanı onları tədqiq etməklə cinayət faktları aşkarlandığı təqdirdə qanunamüvafiq tədbirlərin görülməsini təmin edir.
Hazırda qeyd olunan cinayət işi üzrə ibtidai istintaq davam etdirilməklə, sübut edilməli olan bütün halların müəyyənləşdirilməsi, o cümlədən “Azərişıq” ASC və digər qurumlardan daxil olan sənədlərin tədqiqi üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilir.
Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən cinayət prosesinin yalnız bir iştirakçısının sözlərinə istinadən reytinq qazanmaq xətrinə, baxış saylarının artırılması məqsədi ilə, istintaqın obyektiv gedişinə mane ola biləcək təhrif olunmuş məlumatların yayılmasının yolverilməzliyi bu məlumatı yayan saytların nümayəndələrinin diqqətinə çatdırılmaqla, etik normalara riayət edilməsini və peşəkar jurnalistikaya xas olmayan hərəkətlərdən çəkinməyi tövsiyə edirik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam