Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tikinti materialları nə qədər bahalaşıb? -SON QİYMƏTLƏR


Bakıda tikinti materialları il ərzində kəskin səviyyədə bahalaşıb.

Yenixeber.org: Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən verilən məlumata görə,tikinti materiallarının ümumi qiyməti ay ərzində 1,3 faiz, il ərzində isə 24,2 faiz artıb.

Belə ki, noyabr ayı üzrə paytaxtda bir ədəd daşın qiyməti 60 qəpik, dəmir məmulatlarının bir ton üçün orta qiyməti 1 400 manat, taxta məmulatlarının kubmetr üçün qiyməti 460 manat, dam örtüklərinin kvadratmetri 11,5 manat, bir kubmetr qumun qiyməti 26 manat, bir kisə sementin orta qiyməti isə 7,5 manat təşkil edib.

Əvvəlki ayla müqayisədə noyabr ayı ərzində daş məmulatlarının, dam örtüklərinin və qumun qiyməti sabit, dəmir məmulatlarının qiyməti 3,7 faiz, taxta məmulatlarının 4,6 faiz, sementin qiyməti isə 2,8 faiz bahalaşıb.
İl ərzində isə daş məmulatlarının qiymətində 17,7 faiz, dəmir məmulatlarının qiymətində 27,3 faiz, taxta məmulatlarının qiymətində 48,4 faiz, dam örtüklərinin qiymətində 35,3 faiz, qumun qiymətində 4 faiz, sementin qiymətində isə 19,2 faiz artım müşahidə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam