Redaktor seçimi
Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Günün xəbəri

Rusiya hərbçiləri “Dağlıq Qarabağın Şuşa rayonu”nda yol təmirini davam etdirdi... -ZİBİLƏ DÜŞMÜŞÜK...

 

“Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağın Şuşa rayonunda yolların bərpası işlərini aparan işçilərin təhlükəsizliyini təmin ediblər”.

Yenixeber.org: Bu cümlə bu gün – dekabrın 10-da Moskva vaxtı ilə səhər saat 05:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış məlumatdandır.

Xəbərdə daha sonra deyilir:

“Hazırda humanitar reaksiya mərkəzinin mütəxəssisləri tərəfindən təhlükəsizliyin təmin edilməsi ilə Dağlıq Qarabağda tərəflərin təmas xətti boyunca yolun 15 km-dən artıq hissəsi artıq bərpa edilib. Ümumilikdə yolun 30 km-lik hissəsinin bərpası nəzərdə tutulub... Bu yol həm mülki şəxslərin yaşayış məntəqələri arasında təhlükəsiz hərəkətinə, həm də sülhməramlıların yeni patrul marşrutunun yaradılmasına xidmət edəcək”.

Rusiya sülhməramlı kontingentinin sözçüsü Danil Nikitin bildirib ki, yolun tikintisinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Zəruri şərh:

Göründüyü kimi, Rusiya “sülhməramlı” kontingenti və həmin hərbi birləşmənin fəaliyyətinə dair gündəlik xəbərləri özünün rəsmi saytında təqdim edən Rusiya Müdafiə Nazirliyi Azərbaycan Respublikası dövlətinin və xalqının öz torpaqları üzərində suveren haqlarına, Konstitusiyamıza və dəfələrlə “ “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur” –deyən Azərbaycan Prezidentinə qarşı artıq "n"-ci dəfə hörmətsizlik nümayiş etdirib. Yəni, bu dəfə nəinki mətndə, eyni zamanda başlıqda Dağlıq Qarabağ" və “Dağlıq Qarabağın Şuşa rayonu” ifadələri işlədilib. Xatırladaq ki, bəhs edilən və oxşar digər ifadələr eyni saytda son bir ildə, demək olar ki, gündəlik işlənir. Hətta Rusiya MN bir neçə dəfə keçmiş "Dağlıq Qarabağ" ərazisindən kənar Laçın rayonunu da "Dağlıq Qarabağın Laçın rayonu" kimi təqdim edib...

Biz başlıqda da Konstitusiyamıza zidd həmin birləşməni olduğu kimi verməklə Azərbaycanın müvafiq dövlət qurumlarının, nəhayət, Rusiya MN-in bu cür davranışlarına ciddi reaksiya verəcəyinə ümid edirik... Onu da deyək ki, sözügedən Rusiya qurumu öz saytındakı xəbərin məhz başlığında da “Dağlıq Qarabağın Şuşa rayonu” üzdəniraq birləşməsini təqdim edib...

P.S. Kimlərsə, xüsusən özləri Rusiyanın “5-ci kalon”u olanlar iddia edə bilər ki, guya biz belə yazılarla Azərbaycan-Rusiya münasibətlərini kəskinləşdirməyə çalışan ermənipərəst qüvvələrə xidmət edirik. Çox məntiqsiz, haqsız və ədalətsiz yanaşmadır. Əgər biz Rusiya ilə bərabərhüquqlu siyasi, diplomatik, iqtisadi, hərbi, mədəni və s. münasibətlərdəyiksə, o halda nəyə görə bu dövlətin və onun qurumlarının suveren, konstitusyon haqlarımıza hörmətsizliyinə göz yummalı və həmin dövlətin hərbi qüvvələrinin torpaqlarımızda istədiyini etməsinə imkan verməliyik?.. Axı indi Sovet İttifaqı mövcud deyil...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam