Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda müşahidə olunan -fakti hava açıqlanıb

Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb

Dekabrın 2-i saat 14:30-a olan məlumata əsasən bəzi yerlərdə yağış yağıb, dağlıq ərazilərdə qar yağıb.

Yenixeber.org: Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağışın miqdarı Qusar-Ləzədə 45.0 mm, Qubada 24.0 mm (aylıq normanın 36%-i), Qusarda 24.0 mm (aylıq normanın 66%-i), Qrızda 24.0 mm (aylıq normanın 110%-i), Qəbələdə 20.0 mm (aylıq normanın 36%-i), Xınalıqda 18.0 mm (aylıq normanın 49%-i), Şamaxıda 15.0 mm (aylıq normanın 31%-i), İsmayıllıda 14.0 mm (aylıq normanın 29%-i), Xaltanda 13.0 mm (aylıq normanın 60%-i), Nabranda 12.0 mm, Oğuzda 11.0 mm, Altıağac, Kürdəmirdə 9.0 mm (aylıq normanın 34%-i), Naftalanda 9.0 mm, Kişçay (Şəki), Yevlaxda 8.0 mm (aylıq normanın 49%-i), Siyəzən, Şabranda 7.0 mm (aylıq normanın 29%-i), Göyçay, Ağsu, Ağdərədə (Ordubad) 6.0 mm, Göygöl, Ağstafa, Sarıbaş (Qax), Şəki, Mingəçevir, Daşkəsəndə 5.0 mm, Lerik, Ağdam, Şahbuzda 4.0 mm, Astara, Şərurda 3.0 mm, Qobustan, Sədərəkdə 2.0 mm, Beyləqan, İmişli, Zaqatala, Naxçıvan, Şəmkir, Sabirabad, Biləsuvarda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Xınalıqda 34 m/s, Qusar-Ləzə, Qrızda 30 sm, Xınalıqda 25 sm, Xaltanda 10 sm, Altıağacda 7 sm, Qusarda 4 sm, Ağdərədə (Ordubad) 2 sm, Quba, Daşkəsəndə 1 sm olub.

Qərb küləyi arabir Tərtər, Naftalanda 30 m/s, Gəncə, Ağdamda 28 m/s, Mingəçevirdə 27 m/s, Tovuz, Bərdədə 26 m/s, Daşkəsəndə 25 m/s, Şəmkirdə 22 m/s, Ağstafa, Kəlvəz, Zərdab, Neftçala, Qrız, Astara, Ceyrançöldə 20 m/s, Yevlaxda 19 m/s, Yardımlı, Gədəbəy, Şahbuzda 18 m/s, Göyçay, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Neft daşlarında 22 m/s, Pirallahı, Çilov adasında 20 m/s, Maştağa, Binədə 19 m/s, Qum adası, Ələtdə 18 m/s, Sumqayıtda 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.0 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, aran rayonlarında 5-7° isti, dağlıq rayonlarda 7°-dək şaxta, Naxçıvan MR-da 2-5° isti olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam