Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Laçına çəkilən yeni yol nəqliyyat axınlarının diversifikasiyasına imkan verəcək

Laçına çəkilən yeni yol nəqliyyat axınlarının diversifikasiyasına imkan verəcək

“Laçına yeni yolun tikintisi regionda həyata keçirilməsi planlaşdırılan quruluculuq işlərini bir qədər də sürətləndirəcək”.

Yenixeber.org: Bunu iqtisadçı ekspert Amal Həsənli deyib.

“Yeni yol Laçın dəhlizinə alternativ olmaqdan daha çox iqtisadi ehtiyacdan doğan bir zərurətdir. Hərçənd ki, rəsmilər özləri də dəfələrlə həmin yolun bir hissəsinin elə Laçın dəhlizindən keçdiyi üçün ona alternativ olmadığını deyiblər. Yol öz-özlüyündə iqtisadi inkişafı səciyyələndirən vacib faktordur. İndiki halda da Laçına yeni yolun çəkilməsinin fundamental iqtisadi əsası var. Regionda misli görünməyən tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi planlaşdırılır və bəziləri artıq realaşdırılmaqdadır. Belə olan halda dayanıqlı təchizat zəncirinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bunun əsas komponentlərindən biri isə nəqliyyat axınlarının intensivliyi təmin edəcək yol infrastrukturudur", - A.Həsənli bildirib.

Onun sözlərinə görə, Laçına çəkilən yeni yol şəhərə daxil olmadan rahat və sürətli hərəkəti təmin etməyə imkan verəcək: "Bu yolun hazırkinə nisbətən daha müasir standartlara cavab verəcək səviyyədə tikilməsi nəqliyyat axınlarının sürətinə müsbət mənada təsir edəcək, bu da yolun ötürücülük qabiliyyətini xeyli artıracaq.

İndiki halda Laçın şəhəri sülhməramlıların nəzarəti altındadır. Lakin zamanla bizim yurisdiksiyamıza keçməsi nəzərdə tutulub. Bu zaman yeni yol sayəsində nəqliyyat axınların tonnaj üzrə diversifikasiyası imkanını əldə etmiş olacağıq. Yəni ağır tonnajlı nəqliyyat vasitələrini əlavə yola yönləndirə biləcəyik. Bu da şəhərdaxili yolların yüklülüyü azaltmaqla onların amortizasiya müddətini artıracaq. Digər tərəfdən hər hansı fors-major hallarının olacağı təqdirdə hərəkətin intensivliyinə xələl gətirmədən nəqliyyat axınlarını dərhal digər yola istiqamətləndirmək mümkün olacaq".

Ekspert hesab edir ki, ümumiyyətlə, torpaqlarımızın işğal altında olan müddətdə yol infrastrukturunun böyük əksəriyyəti sıradan çıxıb: "Bu da ərazilərin bərpası prosesini ciddi şəkildə ləngidir. Bu mənada mövcud yolların bərpası və yol infrastrukturunun şaxələndirilməsi işğaldan azad olan torpaqların dirçəlməsi üçün mühüm əhəmiyyət kəsb edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam