Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİN -minalarla bağlı vətəndaşlara xəbərdarlıq edib

"Müharibə qalıqları - mina, döyüş silah-sursatları işğalçıların mənfur niyətini əks etdirir".

Yenixeber.org: Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, işğaldan azad olunan bütün ərazilərdə “gözəgörünməz ölüm” təhlükəsinin təmizlənməsi işi sürətlə davam edir: "Ərazilər təmizləndikcə istifadəyə təqdim olunur. İndi həssas dövrdür, hər kəs bu yerləri görmək arzusundadır. Bu anlaşılandır. Ancaq əraziyə kütləvi axının təmin olunması orda gedən işlərə mane ola bilər.

Nəzərə alsaq ki, ərazidə daxil olan bir şəxs minadan təmizlənən ərazidən kənara çıxması təhlükə riskini artırır. Bu risklər faciə ilə nəticələnə bilər. Ona görə, əsas diqqət bu gün ona yönəlib ki, maariflənmə işi ilə yanaşı, həmin rayonlara yaşamağa qayıdacaq vətəndaşlar üçün tam təhlükəsiz mühit yaradılsın. Əgər işlərin miqyasına baxsaq, bütün dövlət qurumları istiqamətlər üzrə fəaliyyətə cəlb edilib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam