Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu il sakinlərin köçürülməsinə başlanacaq -Zəngilandakı "Ağıllı kənd"ə

 

"Zəngilan rayonunun Ağalı kəndində yaradılan "Ağıllı kənd"də ilkin mərhələ üzrə işlər yekunlaşmaq üzrədir".

Yenixeber.org: Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.

"Yaxın vaxtlarda kənd sakinlərinin ora köçürülməsinə başlanılacaq. Dayanıqlı məskunlaşma üçün ilk növbədə zəruri infrastrukturda (məktəb, xəstəxana, market, icra nümayəndəliyi və s.) çalışan insanları köçürməliyik, daha sonra digər insanların köçürülməsi təmin ediləcək. Ona görə də tikinti işləri mərhələli şəkildə aparılır. Artıq ilkin mərhələ üzrə işlər, o cümlədən zəruri infrastruktur işləri yekunlaşmaq üzrədir. Düşünürük ki, gələn ilin ilk 5 ayında sakinlərin köçürülməsi tamamilə yekunlaşa bilər. Köçürülmə könüllü olacaq və bu il başlayacaq. Qış fəslidir, sakinlərin istəyindən çox şey asılıdır. Hazırda kənd sakinləri ilə bu istiqamətdə işlər aparılır. Kəndin rəsmiləri ilə yanaşı eyni zamanda icma qrupu ilə işlər aparılır. Kimlərin istəyi olacaqsa, bu ilin sonuna doğru onların köçürülməsinə başlanıla bilər. Təxminən 1 400 nəfərin köçürülməsi nəzərdə tutulur", - o qeyd edib.

M.Əliyevin sözlərinə görə, "Ağıllı kənd"də çox sadə xüsusi sistemlər qurulub: "Sakinlərin bu sistemləri işlətməsi üçün hər hansı bir çətinlik yoxdur. "Ağıllı kənd" heç də "Ağıllı ev" demək deyil, "Ağıllı kənd " özünü təmin edə bilən, insanlar üçün iş yeri yarada bilən, rahat həyat tərzi keçirməyə imkan verən kənddir. Bəzi insanlar "Ağıllı kənd" deyəndə internetdən şəkil tapırlar, kondisionerli, telefonlu evləri nəzərdə tuturlar. "Ağıllı kənd"in mühəndis planlaşdırılmasında bütün qədim Qarabağ elementlərinə əməl edilib. Evlərdə xüsusi izolyasiya sistemləri qurulur ki, onların məsrəfləri əhəmiyyətli dərəcədə az olsun".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam