Vüqar Səfərlinin məhkəməsində mübahisə olub- "Niyə yalan danışırsan?"
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Yenixeber.org: Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs Ədalət Vəliyev bildirib ki, o "Portos" MMC-nin direktoru işləyib: "Mənim heç nədən xəbərim olmayıb. Mən şirkətə direktor təyin edilmişəm. Ayda 501 manat əməkhaqqı almışam. Binanın tikintisindən və yeyintidən xəbərim yoxdur. Mən latın qrafikasında yazıb-oxuya bilmirəm, heç nədən xəbərim yoxdur".
Prosesdə digər təqsirləndirilən şəxs Namiq Hacıyev isə Ədalət Vəliyevə irad tutub: "Niyə yalan danışırsan? Kişisən, düzünü danış. Niyə hər şeyi gizlədirsən? Əgər heç nədən xəbərim yox idisə, 32 milyon dəymiş ziyanı istintaqda necə ödəmisən? Əgər iki ay maaş almısansa, 32 milyon manatı necə ödəmisən? Mənim 65 yaşım var, çürüyürəm burada. Əgər sən yazıb-oxuya bilmirdinsən, iki dəfə ASAN xidmətə gedib sənədlər imzalamısan, onu necə etmisən? Kişiliyin olsun, düzünü danış".
Ə.Vəliyev isə deyib ki, istintaqa onun adından 1 milyon manat ödənilib və bir yaşayış binası verilib.
Prosesdə ifadə verən digər təqsirləndirilən şəxs Namiq Hacıyev bildirib ki, "Portos" MMC-də sahə rəisi işləyib: "İstintaqdakı ifadəni təsdiqləmirəm. Jurnalistlər üçün tikilən binaya parket əvəzinə laminat vurulmasının səbəbini açıqlayım. Bizə binanın tikintisi üçün yalnız bir blok üçün armatur və beton vermişdilər. Digər bina üçün materiallar verilmədi. Biz də bunu kompensasiya etmək üçün parketi laminatla əvəzlədik. Sifarişçi belə dedi, biz də belə elədik. Bu, sifarişçinin istəyinə uyğun edildi".
Proses davam edir.
Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb. Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub. Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.