Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyada qəzaya düşən təyyarənin qara qutusu tapılıb: 8 ölü - YENİLƏNDİ

Rusiyada qəzaya düşən təyyarənin qara qutusu tapıldı: 8 ölü – YENİLƏNİB

            An-12 yük təyyarəsinin qəzaya uğradığı yerdə iki qara qutudan biri tapılıb.

Yenixeber.org: Bu barədə Rusiya Fövqəladə Hallar Xidmətinin nümayəndəsi məlumat verib.

O əlavə edib ki, tapılan cihazın texniki vəziyyəti yaxşıdır.

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev isə bildirib ki, təyyarənin göyərtəsində olan hər kəs həlak olub.

***

 17:44
İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfərin meyitlərinin qalıqları tapılıb.

Bu barədə təcili xidmətdən bildirilib.

Təyyarənin göyərtəsindəki daha 3 nəfərin taleyi hələlik naməlumdur.

***

 17:22
Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan “An-12” təyyarəsi qəzaya uğrayıb.

Təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində qəzaya düşüb.

Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş.Hadisə yerinə xilasedicilər göndərilib.

Son məlumata görə isə İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Təyyarənin göyərtəsindəki daha 5 nəfərin taleyi hələlik naməlumdur.(“RİA Novosti”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam