Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda qohumları ölən şəxslə bağlı məlumatları gizlədərək bir il pensiyasını alıblar

Azərbaycanda qohumları ölən şəxslə bağlı məlumatları gizlədərək bir il pensiyasını alıblar

“Məhkəmə icraatında olan işlərin təxminən 70 %-i yaşa görə əmək pensiyasına çıxmaqla bağlı müraciətlərdir. Hansı ki, həmin işlər məhkəməyə daşınılır”.

Yenixeber.org: Bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov “Sosial saat”da deyib.

Onun sözlərinə görə, bu yaşda olan şəxslərin əksəriyyəti sovet dövründə işləyib: “Hansı ki, həmin iş yerləri hazırda mövcud deyil. Vətəndaş əmək kitabçasını təqdim edir, ancaq onu gedib yerində yoxlamaq mümkün olmur. Bəzən vətəndaşlar tərəfindən əmək kitabçalarına müdaxilə edilir. Buna qarşı da ciddi mübarizə aparılır. Digər problem isə vəfat edən əmək pensiyaçısı barədə müvafiq qurumlara vaxtında məlumat verilməməsidir. Qohumların da ölüm haqqında şəhadətnaməni çıxarmaması ölən şəxsin pensiyasının dayandırılmaması deməkdir. Elə faktlarla qarşılaşırıq ki, təxminən 6 ay, yaxud 1 il müddətində rəhmətə gedən şəxsin pensiya kartından pul çıxarılır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam