Türkiyə Prezidenti -Şotlandiyaya getməməsinin səbəbini açıqlayıb
“Şotlandiyaya getməməyim öz təhlükəsizliyimlə bağlı deyil, ölkəmizin etibarı ilə bağlıdır”.
Yenixeber.org: “TRT Haber” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romadan “G-20”liyin zirvə toplantısından qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində Qlazqoda keçirilən İqlim Dəyişməsi Konfransında iştirak etməməsinin səbəbinə aydınlıq gətirərkən deyib.
“Qlazqoda keçirilən BMT-nin İqlim Dəyişməsi Konfransı üçün tələb etdiyimiz təhlükəsizlik protokolu standartları vardı. Bunlar beynəlxalq ziyarətlərimizdə bizə və başqa liderlərə hər zaman tətbiq edilən protokol standartlarıdır. Ancaq son anda bunun bizə tətbiq edilməyəcəyi söylənildi. Daha sonra bizim geri qaytarılan tələbimizdəki standartların başqa ölkələr üçün istisna olaraq tətbiq edildiyini öyrəndik”, - deyə dövlət başçısı bildirib.