Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə -“Aztelekom”da vəzifə verilib

Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib

Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin “Dağlıq Şirvan Regional Filialı” yaradılıb.

Yenixeber.org: Yeni regional filial Ağsu, Şamaxı, İsmayıllı, Qobustan və Qəbələ rayonlarını əhatə edir.

Filiala rəhbərlik Rövşən Həmid oğlu Məmmədova həvalə olunub. O, Naxçıvan MR-nın sabiq rabitə və yeni texnologiyalar naziridir və muxtar respulika Ali Məclisinin sədri Vasif Talıbovun ötən il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib.

RİNN-dən xəbəri təsdiq ediblər.

Xatırladaq ki, indiyə qədər “Aztelekom”un 2 yeni regional filialı yaradılıb. Bunlar Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmazdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən “Şimal-Şərq Regional Filialı" və Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdamdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən "Aran Regional Filialı”dır.

“Şimal-Şərq Regional Filialı"na müdir Nəriman Salmanov, "Aran Regional Filialı”a müdir isə Kərəm İbrahimov təyin olunub.

Regional filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur. Bu işlər “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam