Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Kəlbəcərin işğaldan azad olunması Ermənistanın gəlirlərini azaldıb –SON RƏQƏMLƏR

2021-ci ilin ilk 9 ayında Ermənistanda ən çox vergi ödəyən şirkətlərin siyahısı açıqlanıb.
Yenixeber.org: Ermənistanın Milli Statistika Xidməti 2021-ci ilin ilk 9 ayında ən çox vergi ödəyən şirkətin "Gazprom Ermənistan" olduğunu açıqlayıb.

"Gazprom Ermənistan" şirkəti bu ilin ilk 9 ay ərzində dövlət büdcəsinə 38,3 milyard dram (80 milyon dollar) vergi ödəyib.
Ermənistanın ən böyük vergi ödəyiciləri sırasında 5-ci yeri vaxtı ilə Azərbycanın Kəlbəcər rayonu ərazisində yerləşən “Zod” qızıl mədənini qanunsuz şəkildə istismar edən Rusiyanın “GeoProMiningGold” şirkəti tutub.
“GeoProMiningGold” şirkəti bu ilin ilk 9 ayı ərzində Ermənistan büdcəsinə 16,4 milyard dram (34,2 milyon dollar) vergi ödəyib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk 9 atında “GeoProMiningGold” şirkəti builkindən 24% daha çox - 21,5 milyard dram (45 milyon dollar) vergi ödəyib.
Qeyd edək ki, ötən ilin noyabr ayının 25-də Ermənistan qoşunları işğal etdikləri Kəlbəcər rayonunu tərk edib. Bu tarixdən sonra “GeoProMiningGold” şirkətinin istismar etdiyi “Zod” qızıl mədənini təxminən 70%-i Azərbaycan ərazisində qalıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam