Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

İşğal Muzeyi və Zəfər parkı salınacaq, yüksək məkanda Bayraq meydanı yaradılacaq -Füzulidə

Füzulidə İşğal Muzeyi və Zəfər parkı salınacaq, yüksək məkanda Bayraq meydanı yaradılacaq

"Möhtərəm Prezident, hörmətli Mehriban xanım, Füzuli Memorial Kompleksi şəhərin mərkəzi hissəsində yaradılacaq. Durduğumuz məkanda, 5 hektarlıq ərazidə İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı salınacaq. Həmçinin yüksək bir məkanda Bayraq meydanı yaradılacaq. İcazənizlə kiçik bir film nümayiş etdirmək istərdik".

Yenixeber.org: Bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev oktyabrın 17-də Füzuli şəhərinin baş planını Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təqdim edərkən deyib.

"Cənab Prezident, videoda da göründüyü kimi, Bayraq meydanı şəhərin ən yüksək nöqtəsində salınacaq və Füzulinin yeni simvolu olacağına inanırıq. Xüsusən də axşam vaxtı işıqlandırma effektləri ilə hər tərəfdən görünəcək. Muzey 6 əsas zaldan ibarət olacaq. Hər zal bir mövzuya həsr olunacaq, Füzulinin və Qarabağın strateji əhəmiyyətindən bəhs edəcək. Muzeyin alt qatında erməni işğalçıları tərəfindən qurulmuş istehkamlar təqdim olunacaq. Bununla yanaşı, Füzulini azad edərkən bizim hərbçilərimizin mükəmməl qurduğu strategiyaya həsr olunmuş bir zal da olacaq. Həmçinin Füzuli işğaldan azad olunduqdan sonra onun görkəmi, bugünkü vəziyyəti və təbii ki, şəhidlərimizin xatirəsinə həsr olunmuş ayrıca bir ekspozisiya da təşkil olunacaq. Muzey böyük bir parkda yerləşəcək. Parkda, həmçinin Zəfər abidəsi qurulacaq. İcazənizlə, abidənin müəllifi Rəşad Mehdiyevi təqdim edim", - komitə sədri vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam