Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Anar Kərimov: -"Ermənilər Qarabağda olan mədəni abidələrin 95%-ni məhv ediblər"

 

"Mədəniyyət Nazirliyi tərəfindən aparılan ilkin monitorinqlərin nəticələrinə əsasən işğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarixi və mədəniyyət abidəsi var. Apardığımız monitorinq nəticəsində onların 95 faizinin dağıdıldığının şahidi olduq. Bizi ən çox məyus edən məscidlərimizə olan münasibətdir".

Yenixeber.org: Bunu mədəniyyət naziri Anar Kərimov Türkiyənin Anadolu agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, işğal zamanı Ermənistan bölgədəki infrastruktura, tarixi və mədəni abidələrə, hətta qəbiristanlıqlara böyük ziyan vurub: "Bu həm müharibə cinayəti, həm də insanlığa qarşı cinayətdir. Erməni vandalları bütün binaları dağıtdıqdan sonra məscidlərdə ev heyvanları saxlayıblar. İşğal nəticəsində ermənilərin Qarabağda dağıdıb viran qoyduqları muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqının mədəni irsinə deyil, bütün İslam dünyasına, ümumilikdə isə bəşər mədəniyyətinə qarşı vandalizm aktıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam