Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Dini liderlər birgə bəyanat yaydılar-VİDEO

 

Yenixeber.org: Azərbaycan və Ermənistan xalqları arasında bugünkü və gələcək nəsillərin rifahı naminə sülhün bərqərar olmasına dini liderlər dəstək verməyə hazırdır. Bu barədə Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin Moskva şəhərindəki görüşü başa çatdıqdan sonra Moskva və Rusiya patriarxı Kiril tərəfindən səsləndirilən bəyanatda bildirilir.

“Azərbaycan və Ermənistan xalqları üçün birgə yaşayışdan başqa gələcək yoxdur. Bu gün insanlar arasında etimadı bərpa etmək daha mühümdür”, – bəyanatda qeyd olunur.

Rusiya dini lideri həmçinin deyib: "Bizim üçün qardaş olan iki xalqın dini icmalarını və sakinlərini narahat edən bu mürəkkəb problemləri müzakirə etmək üçün üz-üzə gəlməyə hazır olduqlarına görə Azərbaycan və Ermənistan dini liderlərinə təşəkkür edirəm".

“Dinin nadir sülhpərvər imkanlarına malik olmasına şübhə etmirik. Azərbaycanla Ermənistan arasında münasibətlər bu gün nə qədər çətin olsa da, əminik ki, məhz Tanrıya inanc və sevgi uzun illərdir davam edən faciəli qarşıdurmanın açdığı yaralara şəfa tapmağa kömək ola bilər. Dini liderlər dinlər və xalqlar arasında mehriban qonşuluq ab-havası yaratmaq və onu qorumaq üçün öz nüfuzundan istifadə etməlidirlər”, – patriarx Kiril əlavə edib.

***

13:59

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında keçirilən görüş başa çatıb.

***

12:10

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb. Rusiya KİV-lərinin yaydığı məlumata görə, Rusiya tərəfinin təşəbbüsü ilə təşkil edən görüş patriarxın Danilov iqamətgahında keçirilir.

Rusiyadakı epidemioloji vəziyyət səbəbindən mətbuat nümayəndələri tədbirin işıqlandırılmasına buraxılmayıblar. 

Xatırladaq ki, ötən gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Moskva və bütün Rusiya Patriarxı Kirill arasında ikitərəfli görüş keçirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam