Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

KİV: -“Gürcüstanın Baş naziri istefa verəcək”

KİV: “Gürcüstanın Baş naziri istefa verəcək”

“Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin yerli seçkilərin ikinci turundan sonra istefa verəcəyi gözlənilir”.

Yenixeber.org: Bu barədə yerli “Mtavari arxi” telekanalı özünün mənbəsinə istinadla məlumat yayıb.

Bildirilib ki, hakim Gürcü Arzusu Partiyasında yerli seçkilərdə iri şəhərlərdə uğursuz nəticələrin əldə olunması, Tbilisidə də seçkilərin ikinci mərhələsinin təyin olunması və Mixeil Saakaşvilinin Gürücstanda olmasında İ.Qaribaşvili günahlandırılır.

Qeyd edək ki, qonşu ölkədə yerli özünüidarəetmə orqanlarına seçkilər oktyabrın 2-də keçirilib. Nəticələrə əsasən, Tbilisi də daxil olmaqla 20 şəhərdə seçkilərin ikinci mərhələsi təyin ediləcək. İkinci turun oktyabrın 30-da keçiriləcəyi gözlənilir.

Ötən həftə Gürcüstanın “Pirveli” telekanalı da etibarlı mənbəyə istinadla baş nazirin istefa verəcəyi ilə bağlı məlumat yayıb. Gürcü Arzusu Partiyası yayılan məlumatları əsassız adlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam