Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Spikerlər birgə brifinq keçirib-FOTO

Azərbaycan və Slovakiya spikerləri birgə brifinq keçirib

Oktyabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarovanın Slovakiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan və Slovakiya spikerlərinin görüşündən sonra birgə brifinqi keçirilib.
Yenixeber.org: Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sədr bildirib ki, Azərbaycan parlament nümayəndə heyətinin Slovakiyaya səfəri uğurla davam edir.
"Bu səfər Milli Məclisin sədri səviyyəsində Slovakiyaya ilk rəsmi səfərdir. Səfər müddətində Slovakiya Respublikasının Baş naziri Eduard Hegerlə və Milli Şuranın sədri Boris Kollarla konstruktiv görüşlərimiz oldu və proqrama uyğun olaraq görüşlər davam edir. Keçirilən görüşlərdə Azərbaycan-Slovakiya münasibətləri parlament müstəvisində müzakirə olundu, ikitərəfli və çoxtərəfli formatda əlaqələrimizin daha da dərinləşdirilməsi barədə fikirlərimizi bölüşdük, - Qafaqova deyib.

O, jurnalistlərin diqqətinə çatdırıb ki, Azərbaycan Avropa İttifaqı ölkələrindən biri olan Slovakiya ilə əlaqələrin inkişafında maraqlıdır. S.Qafarova Milli Şuranın sədri Boris Kollarla görüşündə qarşılıqlı səfərlər, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə fikirlərini bölüşdüklərini deyib.

Spiker nəzərə çatdırıb ki, parlamentlərarası münasibətlərin inkişafı xalqlarımızın daha da yaxınlaşmasına, Azərbaycan həqiqətlərinin Slovakiya ictimaiyyətinə, Slovakiyada baş verən proseslərin Azərbaycan ictimaiyyətinə obyektiv çatdırılmasında əhəmiyyətli rol oynaya bilər. O, parlamentlərarası münasibətlərin dərinləşməsinin ölkələrimiz arasında da əlaqələrin yüksələn xətlə inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.

Milli Məclisin sədri qeyd edib ki, keçirilən görüşlərdə Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət barədə həmsöhbətlərinə məlumat verib. Vurğulayıb ki, bu müharibə nəticəsində Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa edib. Spiker, həmçinin, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi Xocalı soyqırımının 30 illiyi ərəfəsində insanlığa qarşı törədilmiş bu cinayətə Slovakiya Parlamentinin də münasibət bildirməsi barədə istəklərini bölüşdüyünü qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam