Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bakıda bir neçə məktəb -6 günlük qrafikə keçib

Bakıda bir neçə məktəb 6 günlük qrafikə keçib

Bakıda bir neçə ümumtəhsil müəssisəsi 6 günlük qrafikə keçib.

Yenixeber.org: Buna səbəb təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etməkdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ-nin tabeliyində olan məktəblərin 45-i 6 günlük qrafiklə fəaliyyət göstərir: “Məktəbin iş rejimi onun maddi-tədris bazası və kadr potensialı nəzərə alınmaqla, Pedaqoji Şuranın iclasında müzakirə olunur və kollegial qərar əsasında məktəb rəhbərliyi tərəfindən tənzimlənir”.

Qeyd edək ki, sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində, sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) ənənəvi formada yeni dərs ili başlayıb. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək. Ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən isə 27, 28 yanvar tarixləri dərs günləri hesab ediləcək.

Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab ediləcək.

Xatırladaq ki, oktyabrın 2-dən etibarən həftəsonu ictimai nəqliyyat qadağası aradan qaldırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam