Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ANAMA -Qarabağa daha 8 təcili tibbi yardım maşını göndərib

ANAMA Qarabağa daha 8 təcili tibbi yardım maşını göndərib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) maddi-texniki bazasının yenilənməsi məqsədilə tibbi yardım nəqliyyat vasitələrinin alınmasına dair müsabiqə keçirib.

Yenixeber.org: Qalib şirkət “Sun Cars” MMC tərəfindən ANAMA-ya 10 ədəd tibbi yardım maşınlarının təhvil veriləcəyi nəzərdə tutulub.

Təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. 8 ədəd ambulans hazırda Agentliyə təhvil verilib, növbəti 2 ədəd oktyabrın 20-dək işğaldan azad edilən ərazilərdə sahə əməliyyatlarında istifadə ediləcək.

Yeni gətirilən UAZ-396295-550 markalı tibbi yardım nəqliyyat vasitələri ilkin yardım üçün nəzərdə tutulan buz çantası, buz konteyneri, tibbi xərək, yorğan, onurğa zədələri üçün xərək, oksigen balonu kimi tibbi avadanlıqlarla təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəsarət alanlara bütün lazımi ilkin və təcili tibbi yardımın göstərilməsinə imkan verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam