Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

NATO Hərbi Komitəsinin üzvləri -Azərbaycan-Türkiyə-Gürcüstan təlimini izləyiblər

NATO Hərbi Komitəsinin üzvləri Azərbaycan-Türkiyə-Gürcüstan təlimini izləyiblər

Tbilisidə səfərdə olan NATO Hərbi Komitəsinin üzvləri NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) baş çəkiblər.

Yenixeber.org: Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Alyansın ali hərbi nümayəndələri mərkəzdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimlərini onlayn formatda izləyiblər.

Daha sonra Gürcüstanın Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili və NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer arasında görüş keçirilib. Tərəflər Müdafiə Qüvvələrinin transformasiya prosesi, NATO və Gürcüstan arasında hərbi əməkdaşlığın önəmi və gələcək planlar, həmçinin Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, oktyabrın 4-də başlayan və 200-dən çox iştirakçının qatıldığı “Eternity-2021” təlimi bu gün başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam