Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Şahdəniz layihəsində “Lukoil”in payı artdı-yeni müqavilə

Şahdəniz layihəsində “Lukoil”in payı artıb

Rusiyanın “Lukoil” neft şirkəti Xəzərdki Şahdəniz qaz layihəsində “Petronas” şirkətinə məxsus 15,5 faizlik payı 2,25 milyard ABŞ dollarına satın alıb.

Yenixeber.org: Rusiya şirkəti bununla bağlı müvafiq müqavilə imzaladıqlarını açıqlayıb.

Bununla da “Lukoil”in layihədəki payı 10 faizdən 25,5 faizədək artacaq. Sövdələşmənin tamamlanması üçün SOCAR ilə razılaşdırılmış əlavə şərtləri yerinə yetirmək zəruridir.

“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib ki, "Şahdəniz" layihəsində onların payının artması ilə hər iki ölkənin iqtisadiyyatındakı perspektivli sahələrin inkişafı daha da yüksələcək: “Ötən 25 ilə yaxın müddət ərzində “Lukoil” bizim üçün strateji əhəmiyyət daşıyan Xəzər regiounda böyük iş təcrübəsi toplayıb, ciddi hasilat və nəqliyyat infrastrukturu qura bilib. Qabaqcıl beynəlxalq layihələrin icrasında bizə bu cür etimad göstərilməsinə sevinirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam