Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-ın daha bir şəhər meri azərbaycanlıları təbrik edib-FOTO

ABŞ-ın daha bir şəhər meri azərbaycanlıları təbrik edib

ABŞ-ın Florida ştatının Hallandeyl-Biç şəhərinin meri Coy Kuper 18 oktyabr - Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Bəyannamə imzalayıb.

Yenixeber.org: Yerli büromuz xəbər verir ki, şəhər meri sənədi Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim edib.

O, ölkənin 30 illik müstəqilliyi ilə əlaqədar Azərbaycan xalqını təbrik edib.

Özünü Azərbaycanın dostu adlandıran mer 2006-cı il oktyabrın 26-da yaradılan və Floridada aktiv diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvlərinə uğurlar arzulayıb. Azərbaycan icmasının aktivləri ilə görüşən mer Hallandeyl-Biç şəhərinin onlara ev sahibliyi etməsindən qürur hissi keçirdiyini deyib.

C.Kuper ABŞ-da yaşayan azərbaycanlıların öz milli-mənəvi dəyərlərinə layiqincə sahib çıxdıqlarını və Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini yüksək səviyyədə təbliğ etdiklərini bildirib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam