Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Pakistanda zəlzələ zamanı azı 20 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb-FOTOLA+VİDE/YENİLƏNDİ

Pakistanda zəlzələ zamanı azı 20 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb

Pakistanın cənubundakı Bəlucistan əyalətində baş verən zəlzələ zamanı həlak olanların sayı 20 nəfərə çatıb.

Yenixeber.org: Bu barədə "Dawn" qəzeti Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, təbii fəlakət zamanı 300-dən çox insan xəsarət alıb. 

Nəşrin məlumatına görə, yeraltı təkanlar əyalətin Kvette, Sibbi, Pişine, Çaman və digər şəhərlərində hiss edilib. Hakimiyyət orqanları təbii fəlakətin fəsadlarının aradan qaldırılması və qiymətləndirilməsi ilə məşğuldur. Qeyd edilir ki, əyalətin inzibati binaları dağılıb. 

Xatırladaq ki, Pakistanda yerli vaxtla saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01-də) 5,7 maqnitudada zəlzələ baş verib. 

04:26

Pakistanın cənubundakı Bəlucistan əyalətində baş verən zəlzələ zamanı azı 15 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

"İndiyə qədər olan məlumata əsasən 15-20 nəfər həlak olub. Ölənlərin sayı arta bilər", - idarədən agentliyə bildirilib.

Məlumata görə, təbii hadisə zamanı yaşayış binası uçub və bir neçə nəfər dağıntılar altında qalaraq həlak olub. Onlar arasında qadın və 6 uşaq da var.BBC isə təbii hadisə zamanı 18 nəfərin həlak olduğunu xəbər verib.

Qeyd edək ki, ABŞ-ın Geologiya Xidməti daha əvvəl Pakistanda yerli vaxtla saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01-də) 5,7 maqnitudada zəlzələnin qeydə alındığını xəbər verib.

Zəlzələnin episentri Harnay şəhərindən 14 kilometr şimal-şərqdə, zəlzələ ocağı 20,8 kilometr dərinlikdə yerləşib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam