Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Xocavənddə TƏXRİBAT: -Azərbaycan hərbçiləri HƏRƏKƏTƏ KEÇDİ

Xocavənddə TƏXRİBAT: Azərbaycan hərbçiləri HƏRƏKƏTƏ KEÇDİ

Qarabağdakı rus sülhməramlı kontingentinin nümayəndələri Ermənistandan gələn 100-ə yaxın zəvvarın Amaras monastırına səfərini təmin edib.

Yenixeber.org: Xocavənddə yerləşən monastrı Qarabağın digər ərazilərində yaşayan ermənilər, eləcə də Ermənistan və digər ölkələrdən olan zəvvarlar ziyarət ediblər.

Sülhməramlılar ziyarətçilər ora gələrkən, Amaras monastır kompleksini ziyarət edərkən və kilsə ibadətləri zamanı erməniləri müşayiət ediblər.

“Rus sülhməramlıları Amaras monastır kompleksinə gələn zəvvarların təhlükəsizliyini təmin edirlər. Bu ziyarətgah bizim nəzarət etdiyimiz ərazidə yerləşir, ona görə də sülhməramlıların iştirakı zəruridir ” - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Korolev bildirib.


Bununla yanaşı, Ermənistanın “Hraparak” nəşri rus generalın məbədin üzərinə erməni bayrağının asılmağını əmr etdiyini yazıb: “Dünən “Artsax”ın Martuni bölgəsinin Maçkalaşen icması ərazisindəki Azərbaycan hərbçiləri irəliləyərək neytral zonada mövqe tutublar. Sakinlərin və icma başçısının atdığı addımlar nəticəsində hadisə yerinə gələn rus sülhməramlıları azərbaycanlılarla aparılan danışıqlardan sonra onları əvvəlki vəziyyətlərinə qaytarmağı bacarıblar. Ancaq Azərbaycan hərbçiləri şərt qoyublar: Amaras məbədində “Artsax” bayrağı endirilməlidir”.

Söhbət Azərbaycan Respublikasının Xocavənd rayonunun Cütçü kəndi yaxınlığındakı qədim xristian türk babalarımıza məxsus olmuş Amaras məbədindən gedir. 10 noyabr üçtərəfli razılaşmasından bəri Cütçü kəndi kimi Amaras məbədi də müvəqqəti olaraq Rusiyanın rəsmən sülhməramlı hərbi birləşməsinin nəzarətinə verilib. Lakin o gündən bəri Azərbaycan tərəfi bir neçə dəfə sözügedən monastır üzərindəki əski parçasını endirməyə nail olsa da, separatçılar onu yenidən asıblar.

Cütçü kəndinin qanunsuz “icma rəhbəri” Lernik Avanesyan dünən Azərbaycan Ordusu tərəfindən əski parçasının endirilməsi tələbinin irəli sürüldüyünü təsdiqləyib. O, eyni zamanda hadisə yerinə gəlmiş adı çəkilməyən rus generalının da erməni hərbçilərə üzdəniraq “bayrağı” endirməyi və yerinə Ermənistan bayrağını asmağı əmr etdiyini eşitdiyini söyləyib... “Hələ oraya getməmişəm, bilmirəm, Azərbaycan hərbçiləri öz yerlərinə çəkiliblər, yoxsa yox. Amma rus generalın belə şeylər dediyini eşitdim” - deyə L.Avanesyan bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam