Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəkidə sabiq bələdiyyə sədrinin qanunsuz əməli ilə bağlı -cinayət işi açılıb

Şəkidə sabiq bələdiyyə sədrinin qanunsuz əməli ilə bağlı cinayət işi açılıb

Şəki rayonu, İnçə kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Yenixeber.org: Rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırma ilə müəyyən edilib ki, İnçə bələdiyyəsinin sabiq sədri Qafqaz Mustafayev öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrini mülkiyyət və icarələrinə verəcəyinə dair yalan vədlər verib aldadaraq xeyli miqdarda pullarını dələduzluq yolu ələ keçirib.

Bundan başqa, araşdırmalarla torpaq sahəsi ayrılan 7 nəfər şəxs tərəfindən bələdiyyə büdcəsinə ümumilikdə 2 min 86 manat məbləğində pul ödənilsə də, həmin şəxslərə torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyə iclasında qərar qəbul edilməməsi, eləcə də bələdiyyə büdcəsindən 2 min 158 manat pulun mənimsənilməsi müəyyən edilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə), 179.2.2, 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar mənimsəmə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam