Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sahil Babayev:"Əmək müqaviləsi ilə işləyən əlilliyi olan şəxslərin sayı artmalıdır"

Sahil Babayev: Əmək müqaviləsi ilə işləyən əlilliyi olan şəxslərin sayı artmalıdır

"Bu gün əmək müqavilələri bazasında əlilliyi olan şəxslərin əmək müqavilələrin sayı 70 mindir".

Yenixeber.org: Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu ümumi əmək müqavilələrinin 4 tam onda 1 faizi qədərdir: "Amma qanunvericilikdə biz minimal norma olaraq 5% müəyyən etmişik. Deməli hətta minimal normanın altındayıq. Düzdür, son üç ildə kəskin artımımız olub, başlanğıcda bu 2 faiz idi. Deməli 2 dəfədən artıq artıb, amma hədəfimizə hələ də çatmamışıq".

Onun sözlərinə görə, birinci növbədə əmək münasibətlərində əmək müqaviləsi ilə işləyən insanların içərisində əlilliyi olan şəxslərin sayı artmalıdır: "Bunun üçün həm sahibkarlar dəstək verməlidir, eyni zamanda bu şəxslərin peşə hazırlığı, müxtəlif sosial peşə reabilitasiya tədbirləri, dövlətin müxtəlif güzəştli alətləri və digər bu səpkidən olan dəstək alətləri çoxaldılmalıdır. Bunlar artdıqca artıq müxtəlif peşə və kvalifikasiyaya malik əlilliyi olan şəxslərimizin sayı artacaqdır. Peşə kvalifikasiyası olan insanı isə hər bir işəgötürən birinci növbədə öz müəssisəsində, təşkilatında görmək istəyir. Ona görə də bu, fəaliyyətimizin bir hissəsi olmalıdır. Dövlət Əmək Müfəttişliyi, dövlət məşğulluq orqanları, KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar da müxtəlif platformalarda daim təşviq etməlidir ki, əlilliyi olan şəxslərin əmək müqavilələrinin sayı artsın".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam