Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropa İttifaqı “Taliban”ı tanımayacaq-ŞƏRTLƏR

“Taliban”ı tanımayacağıq, ancaq müəyyən meyarlar daxilində əlaqələr quracağıq”.

Yenixeber.org: Bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell xarici işlər nazirlərinin qeyri-rəsmi iclasında deyib. O bildirib ki, nazirlər əfqan xalqını dəstəkləməkdə həmfikirdirlər: “Əfqan xalqını dəstəkləmək üçün Əfqanıstandakı hökumətlə razılığa gəlmək lazımdır. Bu, tanıma mənasına gəlməyən, əməliyyat xarakterli bir əlaqədir. Hökumətin davranışına uyğun olaraq inkişaf edəcək”.

Borrell əlavə edib ki, “Taliban”ın digər ölkələrə terror ixrac etməməsi, insan hüquqlarına, hüququn aliliyinə və mətbuat azadlığına hörmət etməsi, humanitar yardımın çatdırılmasını asanlaşdırması, ölkəni tərk etmək istəyən əcnəbilərin, eləcə də, risk altındakı əfqanların getməsinə icazə verməsi, Əfqanıstandakı siyasi qüvvələr arasında müxakirələr yolu ilə bir keçid hökumətinin qurulması Aİ-nin əsas şərtləridir:

“Taliban”ın davranışlarını beş meyara görə dəyərləndirəcəyik. Bəziləri “Taliban” bunları yerinə yetirməyəcək” deyəcək. Görək. Bizim əlaqə qurmağımız bu şərtlərin yerinə yetirilməsindən asılı olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam