Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsmayıllıda -iri ticarət mərkəzlərində vətəndaşların COVID pasportları yoxlanılıb

 

İsmayıllıda iri ticarət mərkəzlərində yoxlamalar keçirilib

Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası ilə əlaqədar İsmayıllıda gücləndirilmiş nəzarət-yoxlama tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, COVID pasportlarının yoxlanılması, eləcə də karantin rejimindən irəli gələn digər qayda və tələblərin təmin olunması ilə bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən iri ticarət mərkəzlərində monitorinqlər keçirilib. Polislər alıcı və satıcılarla, eləcə də sahibkarlarla maarifləndirici söhbətlər aparıb, infeksiyanın kütləvi yayılmasının qarşısının alınması üçün qəbul edilən qərarlara əməl etməyin vacibliyini izah ediblər.

Pandemiya dövrünün tələblərinə biganə yanaşan şəxslərə xəbərdarlıq olunub, bir neçəsi barəsində isə intizam tənbeh tədbiri görülüb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam