Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsmayıllıda -polis karantin qaydalarına əməl olunmasına nəzarət edir

İsmayıllıda polis karantin qaydalarına əməl olunmasına nəzarət edir

Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, rayonun giriş və çıxışlarında oktyabrın 24-dən etibarən xüsusi karantin postları qurulub.

Polis əməkdaşlarının gücləndirilmiş rejimdə xidmət apardığı həmin stasionar postlarda xüsusi və operativ nəqliyyat vasitələri, eləcə də yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, digər nəqliyyat vasitələrinin rayon ərazisinə giriş-çıxışı məhdudlaşdırılıb. Bundan əlavə rayon daxilində də polis naryadları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Mağazalarda keçirilən reydlər zamanı sosial məsafənin qorunması, tibbi maskadan istifadənin zəruriliyi alıcı və satıcıların diqqətinə çatdırılır. Həmçinin, digər ictimai iaşə müəssisələrində, obyektlərdə sahibkar və müştərilərlə maarifləndirici söhbətlər aparılır, sanitar-karantin qaydalarına əməl etmələrinin vacibliyi vurğulanır.

Qaydaları pozanlar barəsində qanunamüvafiq tədbirlər görülür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam