Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİN -Tovuzda hərbçilərin polisə çağırılması barədə xəbərlərə münasibət bildirib

Bəzi sosial şəbəkə səhifələrində əsassız olaraq rayon sakini olan bir qadının Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ilə əlbir olaraq vətəndaşları və hərbi qulluqçularla pul müqabilində görüş təşkil etməsi daha sonra polis əməkdaşları həmin şəxsləri şöbəyə dəvət etməsi barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayılıb.

Yenixeber.org: DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan  bildirilib ki, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində rayon sakini İ.Piriyeva pul müqabilində qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək saxlanılıb:

"Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs əvvəlcədən bir neçə nəfərlə telefon danışıqları apararaq onlarla pul müqabilində xanımlarla görüşməyi təklif edib.

Hazırda həmin şəxs barəsində Cinayət Məcəlləsinin 241.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

İstintaq zərurəti ilə əlaqədar bəzi şəxslər şahid qismində dəvət olunaraq izahatları alındıqdan sonra sərbəst buraxılıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam