Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ERMƏNİ SİLAHLILARI ŞUŞANIN SARIBALA KƏNDİNİ TƏRK EDİB -“Kənd müdafiəsiz qalıb”

Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin əsgərləri bir neçə gün əvvəl Şuşanın Sarıbaba kəndini tərk edib gediblər. Nəticədə kənd hazırda müdafiəsiz qalıb. 

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, bu haqda “kənd icmasının rəhbəri” Artak Akopyan bildirib.

“Kənd müdafiəsiz qalıb. Şaiyələrə əsasən əsgərlərimiz mövqelərindən ona görə çəkiliblər ki, azərbaycanlılar da 3 kilometr geri çəkilsin. Amma hələlik heç nə baş vermir”, - o deyib.

Akopyanın sözlərinə görə, müəyyən vaxt Rusiya sülhməramlıları kəndi müdafiə etmək üçün gəliblər, amma sonra onlar da gediblər və daha geri qayıtmayıblar.

Sarıbaba (ermənilər bu kəndi “Yextsaoğ” adlandırırlar) kəndi Laçın-Xankəndi yolunun, yaxud Laçın dəhlizinin şimalında yerləşir, ona ən yaxın yaşayış məntəqəsi Göytala kəndidir.

Eyni adlı dağın ətəyində yerləşən Sarıbaba kəndində vaxtilə ermənilər məskunlaşdıqdan sonra onun adını dəyişdirmişdilər, kənd 1992-ci ildə işğal altına düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam