Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Təhsil haqqı ən azı 50 faiz azaldılmalıdır” -Ekspertdən şok təklif

“Təhsil haqqı ən azı 50 faiz azaldılmalıdır”  - Ekspertdən şok təklif

İxtisas və ali məktəb seçimində təhsil haqqı bəzən həlledici rol oynayır. Təhsil haqqına görə hər il bir qism abituriyent müabiqədən keçsə də, ali təhsildən kənarda qalır. 

Yenixeber.org: Təhsil eksperti Kamran Əsədov Azərbaycanda təhsil haqqının reallığı əks etdirmədiyini bildirib:

“Azərbaycanda ali təhsil müəssisələrindəki təhsil haqları kifayət qədər yüksəkdir. Buna təsir edən əsas amillərdən biri ali təhsil müəssisələrinin xərcləri ilə bağlıdır. Bu gün Azərbaycanın 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır. Ödənişli əsaslarla olan eyni ixtisas üzrə müxtəlif təhsil haqları formalaşıb. Təhsil haqlarına təsir göstərən amil ali təhsil müəssisəsinin bir tələbə üçün çəkdiyi xərclərdir. Üstəlik müəllimə verilən əməkhaqqı, kommunal xərclər də buna əlavə edilməlidir. Eyni zamanda ali təhsil müəssisəsinin laboratoriyası, elektron kitabxanası, digər lazımi avadanlıqları varsa, bunların hər biri üçün mütəmadi xərclər çəkilir”.

Ekspertin fikrincə, təhsil haqları birmənalı şəkildə azaldılmalıdr:

“Mövcud təhsil haqları əksər vətəndaşlar üçün əlçatan deyil. Azərbycanda ali təhsil haqlarını müəyyən qədər azaldılmalıdır ki, hər kəs üçün əlçatan olsun. 

Hər il təxminən 1000-1500 nəfər abituriyent təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsildən imtina edir. Bu amilin aradan qaldırılması üçün birmənalı şəkildə təhsil haqlarını ən azı 50 faiz azaltmalıyıq. Çünki ali təhsil müəssisələri pandemiya dövründə o qədər də xərcə düşməyiblər”.

 

 

“Təhsil haqqı ən azı 50 faiz azaldılmalıdır”  - Ekspertdən şok təklif

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam