Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabahın hava proqnozu -açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Yenixeber.org: Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-28° isti, gündüz 37-40° isti, Bakıda gecə 26-28° isti, gündüz 38-40° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40° , bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 26-31° isti olacaq.

Gözlənilən hava şəraiti haqqında məlumata gəlincə, avqustun 14-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40°, bəzi yerlərdə 41-42° isti, respublikanın rayonlarında 35-40 ° isti, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam