Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ay -Ağdama ilk turist səfəri təşkil ediləcək

Bu ay Ağdama ilk turist səfəri təşkil ediləcək

Dövlət Turizm Agentliyi (DTA) Qarabağa turist səfərlərinin təşkil edilməsinə başlayır.

Yenixeber.org: Bu barədə Agentliyin sədri Fuad Nağıyev məlumat verib.

Onun sözlərinə görə, ilk səfər bu ayın sonunda Ağdama təşkil olunacaq: “Bu səfər “Yolumuz Ağdamadır” adı ilə baş tutacaq. Biz Ağdamda doğulmuş və təxminən 30 ildir ki, ora gedə bilməyən sakinlərin ziyarətini təşkil edəcəyik”.

DTA-nın Regional inkişaf sektorunun müdiri Elgün Cavadov isə bildirib ki, bu ilin əvvəlindən Qarabağ Turizm Marşrutları konsepsiyası hazırlanıb: "Konsepsiyaya Ağdam və Füzuli-Xocavənd marşrutları daxildir. Ağdama səfər barədə ictimaiyyətə məlumat veriləcək. Çünki iştirakçılıq məsələsi var. Həmçinin biletlərin onlayn və oflayn alınması məsələsi var. Qiymətlərə gəlincə isə hazırda bu barədə müzakirələr aparılır. Belə ki, hazırda İdarələrarası Mərkəzi Səviyyəsində müzakirələr gedir və biz təkliflərimizi vermişik. Sonuncu müzakirədə qiymətlərlə bağlı qərar veriləcək. Füzuli-Xocavənd marşrutu üzrə isə biz özümüz oralarda olmuşuq və maraq yaranarsa, gələn ildən bu istiqamətdə də turlar təşkil edə bilərik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam